Nar Mobile `WhatsApp`-ın loqosunu oğurlayıb? - ZİDDİYƏT
2 gün əvvəl `Nar Mobile` brendi kimi tanınan “Azerfon” MMC yeni loqotipini təqdim etdi. Şirkət bundan sonra özünü `Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru` kimi təqdim edəcək. Şirkətin yeni loqosu Böyün Britaniyanın “Landor” dizayn agentliyi tərəfindən hazırlanıb. Loqonun görünüşü nar formasında və rəngində olması ilə izah edilir. Amma diqqəti bir məqam çəkir ki, bu da `Nar Mobile`-ın yeni loqosunun şübhəli dərəcədə məşhur `WhatsApp` ünsiyyət platformasının loqosuna oxşamasıdır. Yəni istisna deyil ki, şirkət və onun əməkdaşlıq etdiyi dizayn agentliyi sadəcə, hamının tanıdığı loqonun yaratdığı psixoloji effektdən istifadə etməyə çalışıbar.(azvision)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.